Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin qızı təhqirlərə tab gətirməyərək qeybə çəkilməli oldu - Foto
Putinin qızı təhqirlərə tab gətirməyərək qeybə çəkilməli oldu - Foto

Ukraynaya hücuma görə Rusiya Prezidenti Vladimir Putinə qarşı dünyanın böyük hissəsində qəzəb yaranıb. Onu Almaniyanın keçmiş lideri Adolf Hitler kimi davranmaqda ittiham edirlər. Sosial mediada Putinin ünvanına ağır ifadələr yazırlar. Onun yaxınları da təhqirlərə məruz qalır.

Bizimyol.info xəbər verir ki, Putinin qızı sosial mediada hücumlara görə “Instagram” hesabını silməli olub. Luiza Rozova tamamilə qeybə çəkilmək qərarına gəlib.

Putinin qızının “Instagram” hesabına çoxlu sərt ifadələr ünvanlanıb: “Siçovul kimi bunkerdə oturmusan?”, “Sən hərbi cinayətkarın və psixopatın qızısan”. “Sən Monakodasan, amma atanın üzündən yaşıdların Ukraynada ölür”.

Luiza Rozova sosial mediada əsasən dəbdəbəli həyatını nümayiş etdirir. O, vaxtının çoxunu səyahətdə keçirir. Luiza bahalı, brend geyimlərini göstərməyi çox xoşlayır. Bunun müharibə günlərində qıcıq doğuracağına şübhə yoxdur. Elə ona görə də Putinin qızı bir müddətdir heç nə paylaşmırdı. Son günlər hücumların sayı artdığına görə “Instagram” hesabını ümumiyyətlə bağlamalı olub.

Rusiya Prezidentinin nikahdan kənar belə övladının olması barədə araşdırmanı “Layihə” nəşri keçən ilin noyabrında təqdim etmişdi. Orada Putinin Sankt-Peterburqda yaxın tanışı Svetlana Krivonoqixdən 18 il əvvəl qızının dünyaya gəlməsi barədə danışılırdı. Şimal dövlətinin başçısı sonradan bu qadını milyonçuya çevirib. Svetlana Krivonoqix hətta “Rossiya” bankının səhmlərinin bir hissəsini ala bilib.

Luiza Rozova, Putinin qızı Luiza Rozova, Putinin qızı

Luizanın harada gizlənməsi bilinmir. Rəylərdə onun Monakoda olduğu qeyd edilib. Amma bəzi mənbələr Luizanın anası və atası ilə birlikdə Altay dağlarındakı bunkerə sığındığını bildirir.

Rusiyanın Müdafiə Naziri Sergey Şoyqunun qızı da “Instagram” hesabını bağlamalı olub. Kseniya Şoyqu da Luiza Rozova kimi burada dəbdəbəli həyatını nümayiş etdirirdi. 31 yaşlı qadın hesabında nazirin oğul nəvəsi ilə çoxlu fotolar yerləşdirirdi.

Putinin ikinci həyat yoldaşı Alina Kabayeva övladları ilə İsveçrədə bir dağ evində yaşayır. Onun ilk həyat yoldaşı Lyudmila Putinanın da İsveçrə pasportu olduğu iddia edilir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »