Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Kyevdə qalacağını bəyan etdi, Putinin yeri isə bilinmir - Video
Zelenski Kyevdə qalacağını bəyan etdi, Putinin yeri isə bilinmir - Video

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Bankovaya küçəsindən videogörüntü paylaşaraq Kiyevdə qaldığını vurğulayıb.

Bu barədə onun videomüraciətində deyilir. Rusiya çevrələri tez-tez onun qaçması barədə xəbərlər yaysalar da, Zelenski hər dəfə bunu sübutlarla təkzib edir.

"Budur, Kiev axşamı, ofisimiz. Bazar ertəsi, axşam... Bu gün mübarizəmizin, müdafiəmizin 12-ci axşamıdır. Hamımız döyüş meydanındayıq, hamı işləyir. Hər kəs harada olmalıdırsa, oradadır. Mən də Kiyevdəyəm - komandam da mənimlədir”,- deyə prezident qeyd edib.

O əlavə edib ki, Kiyevdə qalacaq. "Mən burada qalıram, Kiyevdə qalıram. Bankovada. Gizlənmədən. Həm də heç kimdən qorxmuram. Bizim Vətən Müharibəsində qalib gəlməyimiz üçün nə qədər lazımdırsa, o qədər də qalacağam ",- Zelenski deyib.

Xatırladaq ki, müharibənin ilk saatlarından başlayaraq Rusiya mediası, rəsmi şəxslər və deputatlar hər gün Zelenskinin qaçması barədə xəbərlər yayırlar. Amma hər dəfə də Zelenski Kiyevdə olduğunu sübut edən videokadrlar paylaşır.

Bəzi versiyalara görə, Rusiya hücuma keçərkən Zelenskinin az sonra Avropaya qaçacağına ümid edirmiş. Rusiya mediasında da Zelenski haqqında “aktyor” imici qabardılırdı. Onun müharibə vəziyyətində olan bir ölkəyə başçılıq edə bilməyəcəyi deyilirdi. Amma bunun əksinə olaraq, Zelenski bu ana qədər əsl dövlət başçısı və ordu sərkərdəsi kimi davranmağa davam edir. Hətta xarici media kəşfiyyat orqanlarına istinadən Zelenskiyə qarşı 3 dəfə sui-qəsd cəhdinin yer aldığını da xəbər verib.

Nə qədər qəribə olsa da, ömrünü kəşfiyyata və siyasətə həsr etmiş Rusiya prezidenti Vladimir Putin haqqında eyni sözləri demək mümkün deyil. Xeyli müddətdir onun Uralda bunkerdə gizlənməsi barədə xəbərlər yayılır. Bu xəbərlər hətta Ukraynanın rəsmi şəxsləri tərəfindən də irəli sürülüb, amma rəsmi Moskva Putinin Kremldə olmasına dair hər hansı sübut təqdim etməyib. Onu işə gətirən helikopterlərin də Kreml üzərində görünmədiyi xəbər verilir.

Bir neçə gün əvvəl Putinin stüardessalarla görüşündən videogörüntülər yayılsa da, sonradan bu videogörüntülərin monraj olduğu üzə çıxdı. Məlum oldu ki, Putin və stüardessalar ayrı-ayrılıqda çəkilib və sonra kadrlar xromakey texnologiyası ilə birləşdirilib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »