Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov iranlı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib
Lavrov iranlı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Söhbət zamanı İranın nüvə proqramı, Ukraynadakı vəziyyət və Suriya nizamlanması üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası müzakirə edilib.

Qeyd edək ki, Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının ilkin formasını bərpa etmək və ABŞ-ı bu çoxtərəfli razılaşmaya qaytarmaq üçün danışıqların səkkizinci raundu tamamlanıb. Tərəflər yekun saziş layihəsi üzərində işləyirlər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »