Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT: "Ukraynada hərbi əməliyyatlar zamanı 27 uşaq həlak olub"

Rusiyanın Ukraynaya hücuma başladığı 24 fevral tarixindən etibarən 406 mülki şəxs həlak olub, 801-i isə yaralanıb.

APA-nın xəbərinə görə bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının ofisinin məlumatında bildirilib. Qeyd olunub ki, real rəqəmlərin rəsmi göstəricilərdən nəzərə çarpacaq dərəcədə çox olduğu ehtimal edilir. Əlavə olunub ki, Ukraynada hərbi əməliyyatlar zamanı 27 uşaq həlak olub. Mülki itkilər əsasən əhalinin sıx məskunlaşdığı Donetsk və Luqansk rayonlarında qeydə alınıb. Burada 93 vətəndaşın həlak olduğu, daha 435 nəfərin isə yaralandığı bildirilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »