Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson: “Rusiyadan neft-qaz idxalını bir gecədə kəsmək mümkün deyil”
Boris Conson: “Rusiyadan neft-qaz idxalını bir gecədə kəsmək mümkün deyil”

Britaniya, Kanada və Hollandiya Baş nazirləri Londonda birgə mətbuat konfransı keçirib.

APA-nın xəbərinə görə, Boris Conson bu gün "Downing Street"də Kanadanın Baş naziri Castin Trüdo və Hollandiyanın Baş naziri Mark Rutte ilə görüşüb, liderlər daha sonra birgə mətbuat konfransı keçirib.

Castin Trüdo 10 şəxsə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb. O bildirib ki, bu siyahıya sabiq və indiki yüksək vəzifəli dövlət məmurları, oliqarxlar və Rusiya rəhbərliyinin tərəfdarları daxildir.

Baş nazir qeyd edib ki, adlar Rusiya müxalifətinin lideri Aleksey Navalnının tərtib etdiyi siyahı əsasında hazırlanıb.

Hollandiyanın Baş naziri Mark Rutte isə qeyd edib ki, ölkəsi bütün mümkün sanksiyaları nəzərdən keçirməyə hazırdır, lakin bu sanksiyalar Avropanın enerji təchizatında idarəolunmaz risklər yaratmamalıdır və vaxt keçdikcə Avropa Rusiya enerjisindən asılılığını azaltmalıdır.

Boris Conson isə qeyd edib ki, Rusiyadan neft-qaz idxalını bir gecədə kəsmək mümkün deyil.

“Amma bütün ölkələr eyni istiqamətdə hərəkət etməlidir və bu proses sürətləndirməlidir”, - Baş nazir vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »