Türkiyə Ukrayna və Rusiya arasında əldə olunan atəşkəsin davamlı olmasını, sülhə çevrilməsini istəyir.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin hakim AK Partiyasının sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna prezidentlərini İstanbul və yaxud da Ankarada bir araya gətirmək niyyətindədir.
Çelik əlavə edib ki, Türkiyə hərbi çevrilişlərinə qarşı olduğu kimi, işğala da qarşıdır.