Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Aİ-ni Ukraynadakı insanları xilas etməyə çağırıb
Putin Aİ-ni Ukraynadakı insanları xilas etməyə çağırıb

Rusiya prezidenti Vladimir Putin Avropa Şurasının sədri Çarlz Mişel ilə telefon danışığında Avropa İttifaqı dövlətlərini Kiyev hakimiyyətinə təsir göstərməyə və onları humanitar qanunlara hörmət etməyə məcbur etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Putin Donbass respublikalarını qorumaq üçün xüsusi hərbi əməliyyat keçirməsi ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb. Mövcud vəziyyətin humanitar aspektləri ətraflı müzakirə olunub. Qeyd edilib ki, Rusiya silahlı qüvvələri artıq bir neçə dəfə əhalinin humanitar dəhlizlər üzrə təxliyyəsi üçün atəşkəs rejimi elan edib. Eyni zamanda, Ukrayna milli batalyonları dinc əhaliyə qarşı zorakılıq və müxtəlif təxribatlara əl atmaqla bunun qarşısını alır",- deyə məlumatda bildirilir.

Kremldə qeyd edildiyi kimi, Rusiya prezidenti “Avropa İttifaqını insanların həyatının xilas edilməsinə real töhfə verməyə, Kiyev hakimiyyətinə təzyiq göstərməyə və onları humanitar qanunlara hörmət etməyə məcbur etməyə çağırıb”.

Bundan əlavə, Putin vurğulayıb ki, Rusiya hərbçiləri mülki şəxslərin həyatını xilas etmək üçün bütün mümkün tədbirləri görür. "Əsas təhlükə dinc əhalinin arxasında gizlənən terrorçuların taktikasından istifadə edən millətçi birləşmələrdən gəlir",- Rusiya liderinin mətbuat xidməti qeyd edib.

Kreml əlavə edib ki, Putin Kiyev nümayəndələri ilə danışıqların gedişatını da qiymətləndirərək Rusiyanın məlum tələblərini təsdiqləyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »