Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna-Rusiya müharibəsinə görə gözlənilməz istefa
Ukrayna-Rusiya müharibəsinə görə gözlənilməz istefa

Rusiya ilə Ukrayna arasında gedən müharibənin 12-ci günündə cəbhə xəttinin hər iki tərəfindən son xəbərlər gəlməkdə davam edir.

Bizimyol.info xəbər verir ki, bu müharibədə Rusiyanın yeganə və ən böyük dəstəkçisi olan Belarus istefa xəbəri ilə sarsılıb.

Belarus müdafiə nazirinin müavini general-mayor Viktor Quleviç istefa verdiyini açıqlayaraq həm ölkəsini, həm də dünyanı heyrətə gətirib. Adı sanksiya siyahısında olan Quleviç, Rusiya işğalını dəstəkləyə bilməyəcəyini izah edən istefa məktubunu rəhbərliyə göndərərək vəzifəsindən istefa verdi.

Britaniya sanksiya siyahısında bir qrup yüksək rütbəli Belarus zabiti və hökumət rəsmiləri ilə bigə yer alan Viktor Quleviçin, ərizəsində Minsk ordusunun işğala kömək etdiyini iddia edib.

Ordunun Baş Qərargah rəisi olan general-mayor Viktor Quleviç Belarusun heç bir batalyon təşkil edə bilmədiyini etiraf edərək, ordudakı əsgərlərin Rusiya işğalında iştirak etməkdən imtina etdiyini bildirib.

P.S. Belarus hökuməti məlumatı təkzib edib, amma bu ana qədər Quleviç şəxsən özü media qarşısında bu xəbərlə bağlı hər hansı açıqlama verməyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »