Litva prezidenti Gitanas Nauseda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı bildirib ki, Qərb III Dünya Müharibəsindən yayınmaq istəyirsə, Ukraynaya hər cür, o cümlədən hərbi dəstək verməlidir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
“Biz Ukraynaya hər cür kömək etməliyik. Mən III Dünya Müharibəsindən qaçmaq istəyiriksə, hərfi mənada “hamı”nı nəzərdə tuturam. Seçim bizimdir”, - Nauseda bildirib.
Onun sözlərinə görə, mühafizə strategiyası artıq kifayət deyil və Rusiyanın qonşuları özlərini müdafiə etməyə hazırlaşmalıdırlar, xüsusən də Baltikyanı ölkələr üçün ciddi təhlükə var.
Qadir, Bizimyol.info