Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nə Mayamidə, nə Seyşeldə, nə də Uralda bunkerdə gizlənə bilməyəcəksiniz”
“Nə Mayamidə, nə Seyşeldə, nə də Uralda bunkerdə gizlənə bilməyəcəksiniz”

Ukrayna ilə müharibə Putin rejiminin özünü ləğvi prosesini başlatdı, Rusiya cinayətkarları üzərində qurulacaq tribunal Rusiya Federasiyası üçün ibrət dərsi olacaq. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Ukrayna Silahlı Qüvvələri, TRO, Milli Qvardiya, polis, Ukrayna Təhlükəsizlik Xidməti, kəşfiyyat, sərhədçilər, Fövqəladə Hallar Dövlət Xidməti, qəhrəman həkimlərimiz, könüllülərimiz və on minlərlə başqaları müqavimətin təşkilində iştirak ediblər. Bu səhəri qarşılamaq və ədalətli mübarizəmizə davam etmək üçün hər şeyi etdik və edirik",- deə bildirib.

Danilovun sözlərinə görə, ukraynalıların müharibənin ilk günlərindən başa düşdükləri təsdiqini tapdı - Rusiya rəhbərliyi "yandırılmış torpaq" taktikasını əvvəlcədən və şüurlu şəkildə planlaşdırıb, beynəlxalq hüququ tamamilə rədd edib, müharibə cinayətləri və hərbi cinayətlər törətmək yolunu tutub. Bu, insanlığa qarşı cinayətlər.

"Səhər saat beşdə Rusiya işğalçı qoşunları Nikolayev şəhərində dinc əhaliyə qarşı "Smerç"dən istifadə edib. Atışma nəticəsində yanğınlar və dağıntılar baş verib. Bundan əlavə, dünən də "qara siyahı"nı davam etdirən rus işğalçıları Vinnitsa mülki aerodromuna raket hücumu təşkil edib, Buça və İrpendən təxliyə edilmiş müdafiəsiz insanlara atəş açdılar. Onlar Malin, Ovruç, Korosten şəhərlərini bombaladılar", deyə Ukrayna rəsmisi açıqlayıb.

Onun fikrincə, Rusiya cinayətkarları üzərində qurulacaq gələcək tribunal həm bütün dünya, həm də Rusiyanın özü üçün ibrət olacaq, çünki Ukrayna ilə müharibə, digər məsələlərlə yanaşı, Putin rejiminin özünün də aradan qaldırılması prosesini başlatdı.

"Ukrayna ilə heç vaxt müharibə etməyin, xalqımız min illər boyu qeyri-insani sınaqlardan keçib, bir çox imperiyaları darmadağın edib və bundan sonra onlar daha da güclənib, daha möhkəm olublar, indi də belə olacaq! Uşaqlarımızı öldürürsünüz. Qadınlar, qocaları öldürürsünüz! Biz hər kəsi və hər şeyi xatırlayırıq, biz heç kimi heç vaxt unutmayacağıq”,- Danilov bildirib.

O əlavə edib ki, düşmən heç yerdə gizlənə bilməyəcək: “nə evlərinizin hasarları arxasında, nə Mayamidəki villalarda, nə Seyşel adalarında yaxtada, nə də Uralda bunkerdə gizlənə bilməyəcəksiniz”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »