Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət Rusiyaya dost olmayan ölkələrin siyahısını təsdiqləyib
Hökumət Rusiyaya dost olmayan ölkələrin siyahısını təsdiqləyib

Bazar ertəsi, martın 7-də Rusiya hökuməti Rusiya Federasiyasına, onun fiziki və hüquqi şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, "TASS"ın verdiyi məlumata görə, müvafiq sərəncam artıq imzalanıb.

Siyahıya ABŞ, Kanada, Avropa İttifaqı ölkələri, Böyük Britaniya və onun ada əraziləri, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya daxildir.

Siyahıda Asiya dövlətləri də yer alıb: Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan.

Martın 5-də Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinə iki gün ərzində dost olmayan ölkələrin siyahısını tərtib etməyi tapşırıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »