Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Vətənimizdə vəhşilik edən alçaqlar cəzalandırılacaq
Zelenski: Vətənimizdə vəhşilik edən alçaqlar cəzalandırılacaq

"Vətənimizin ərazisində vəhşilik edən hər kəsin cəzalandırılacaq. Biz buna görə cavab verməli olan hər alçağı tapacağıq".

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Biz humanitar dəhlizlərdən çox danışdıq, hər gün danışırdıq. İnsanların Rusiyanın gəldiyi o şəhərləri tərk etmək imkanı yaradılacağı haqqında rus hərbçilərinin vədlərini eşidirik. Və humanitar dəhlizlərin olacağı barədə danışırlar. Amma deyilənlərin heç birinə əməl edilmir. Humanitar dəhlizlər əvəzinə ancaq qanlı dəhlizlər yaradırlar. Bu gün İrpendə bir ailə öldürülüb: bir kişi, bir qadın və iki uşaq. Özlərini xilas etmək üçün şəhərdən kənara çıxmağa çalışarkən düz yolda, rus işğalçıları tərəfindən atəşə tutularaq öldürülüblər. Bütün ailə məhv edilib. Ukraynada nə qədər belə ailə ölüb?”, - deyə prezident vurğulayıb.

Onun sözlərinə görə, vəhşilik edən, şəhərlərə, əhaliyə atəş açan hər kəs cəzasını alacaq.

“Biz bağışlamayacağıq. Biz unutmayacağıq. Torpaqlarımızdakı bu müharibədə vəhşilik edən hər kəsi cəzalandıracağıq. Şəhərlərimizə, xalqımıza atəş açan, torpağımızı bombalayan, raket atan, əmr verən, start düyməsini basan hər bir alçaq tapacağıq. Bu yer üzündə onlara məzardan başqa bircə qarış da olsun sakit yer olmayacaq”, - deyə Zelenski bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »