Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elan saytları vasitəsilə sizi necə aldada bilərlər...
Elan saytları vasitəsilə sizi necə aldada bilərlər...

Bir çox alqı-satqı saytlarında vətəndaşlarının aldadılması halları ilə bağlı sosial şəbəkələrdə müzakirələr aparılır.

Əksər vətəndaşlar ev, avtomobil alqı-satqı elanlarının dələduzlar tərəfindən saytlara yerləşdirildiyini iddia edirlər. Yəni saytlarda verilən elanların çoxu xarici ölkələrin uyğun saytlarından götürülmüş, şəkillər üzərindən Azərbaycanın alqı-satqı saytlarına yerləşdirilir. Bundan sonra isə dələduzlar işə başlayır. Bəzən isə, avtomobilini və ya evini satışı ilə bağlı bu saytlara elan verən vətəndaşlar da aldadıla bilir. Vətəndaşların saytlar üzərindən necə aldadıldığını görmək üçün “Facebook”-da açılmış müvafiq qruplara üzv olmaq yetərlidir. Vətəndaşlar daha çox fərdi tikinti işi ilə məşğul olan şirkətlərdən, mebel ustalarından, eləcə də, müxtəlif mağazalardan şikayətlərini dilə gətirirlər.

Şikayətlərdən də bəllidir ki, ölkədə istehlakçı hüquqları kobudcasına pozulur. Vətəndaşlar isə, şikayətlərini bu kimi qruplarda paylaşmaqla digərlərinin aldanmaması üçün çalışırlar.

İT mütəxəssisi Elmin Gözəlov Bizimyol.info saytına açıqlamasında bildirib ki, alqı-satqı saytlarında yerləşdirilən reklamlar vasitəsilə vətəndaşların aldadılması təkcə Azərbaycanda deyil, digər ölkələrdə də mövcuddur:

“Tutaq ki, bir avtomobilin satışı ilə bağlı elan verilir. Avtomobilin fotoları yeləşdirilir. Bu zaman “satıcı” ona müraciət edən alıcıdan beh istəyir. Beh göndəriləndən sonra “satıcı” əgər vəsait kart vasitəsilə ödənilibsə, kartın balansında olan pulu da çəkərək yoxa çıxır. İkinci halda siz avtomobil elanı yerləşdirmiş olursunuz. “Alıcı” sizə müraciət edib, beh təklif edir. Beh də ürək açan olduğu üçün razılaşırsınız. Bu zaman “alıcı” sizə beh göndərmək üçün kartınızın şəklini istəyəcək. Siz də razlşıab göndərəcəksiniz. Bu zaman kartınızda olan vəsait də çəkiləcək hətta kartınız onlayn alış-veriş üçün istifadə edilib borclana da bilər”.

Mütəxəssis bildirir ki, vətəndaşlar hər bir halda diqqətli olmalıdırlar. Tanımadıqları şəxslərə pul vəsaitləri göndərməməli və ya almamalıdırlar. Əgər satışda olan avtomobil, ev hərhansı əşya sizin diqqətinizi çəkirsə, canlı şəkildə görüşərək, notariusla alqı-satqı edin. Və yaxud satış zamanı, bu xırda bir əşya olsa belə, onlayn vəsait göndərilməsinə razılıq verməyin. Kart məlumatlarınızı heç kimlə bölüşməyin. Hətta bu, özünü bank əməkdaşı kimi təqdim edən şəxs olsa belə, məlumatlarınızı gizli saxlayın. Bank işçiləri kartın 3 rəqəmli şifrəsini sizdən heç bir zaman istəyə bilməz. Çünki sizin hesablarla bağlı məlumatlar bank işçilərinin gözü önündədir. Aldanmamağa çalışın.

“Bu insanlar şəbəkəli fəaliyyət göstərir. Daha çox xarici nömrələrlə vətəndaşları narahat edirlər. Çox zaman rus dilində danışmağa üstünlük verirlər. Bu şəxslərin tələsinə düşməmək üçün sadəcə məlumatlarınızı gizli saxlayın”?- deyə ekspert bildirib.

E.Gözəlov saytlarda özünü kiçik tikinti-bərpa-təmir işləri şirkəti kimi təqdim edən dələduzların fəaliyyətindən də söz açıb. O, tövsiyyə edir ki, öncə pul tələb edən heç bir şirkətə etibar etmək olmaz. Hətta həmin şirkət sizinlə müqavilə bağlasa belə, güvənmək olmaz. Vəsaitlər iş prosesində, iş prosesinə xüsusi nəzarətlə verilməlidir. Əks halda, heç kim sizin vəsaitin nəyə xərcləndiyinə zəmanə verə bilməz.

“Ümumiyyətlə? turizm şirkətləri, tikinti şirkətləri, alqı-satqı saytları qısacası reklam olunan onlayn nə varsa, xidmətlərindən istifadə edən zaman diqqətli olun. Bu turizm şirkətidirsə, bileti aldığınız zaman saytlar üzərindən yoxlanış etdikdən sonra pul ödəyin. Tikinti şirkətidirsə, iş prosesində, avtomobil və ya ev alqı-satqısıdırsa, notarius qarşısında pul ödəyin”?- deyə mütəxəssis bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »