Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Ukrayna üzərindəki hava məkanını bağlamayacaq - Burbock
NATO Ukrayna üzərindəki hava məkanını bağlamayacaq - Burbock

Ukrayna üzərindəki hava məkanını bağlamayacaq Rusiya ilə hərbi münaqişəyə girmək demək olacaq ki, bu da milyonlarla avropalının həyatına təhlükə yaradacaq,

Bizimyol.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Burbok deyib.

“Alyans Ukraynadakı müharibənin başqa ölkələrə yayılması və üçüncü dünya müharibəsinə çevrilməsi riskinə gedə bilməz - ona görə də soyuqqanlı olmaq lazımdır. NATO müttəfiqlərini qorumaq üçün şərq sərhədlərini gücləndirməlidir. Almaniya Polşanın Ukraynaya sovet tipli təyyarələrin təhvil verilməsini dəstəkləyir (Varşava hələ buna razı olmayıb). Almaniya öz ehtiyatlarından Kiyevə daha nə verə biləcəyini qiymətləndirəcək”, - deyə XİN rəhbəri bildirib.

NATO əmindir ki, Qərbin sanksiyalarının tətbiqi və silah təchizatı öz təsirini göstərəcək, Rusiya rəhbərliyinə təzyiqlər artır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »