Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"1995-ci ildə qəbul edilmiş və köhnəlmiş istehlakçı hüquqları ilə bağlı qanun Milli Məclisə verilib"
"1995-ci ildə qəbul edilmiş və köhnəlmiş istehlakçı hüquqları ilə bağlı qanun Milli Məclisə verilib"

“"Azad İstehlakçılar" Birliyi - 1997-ci ildə yaradılıb. 1998-ci ildən Beynəlxalq İstehlakçı Təşkilatı – Consumers İnternational-a üzv olmuşuq. Həmin gündən 15 mart Beynəxalq İstehlakçı günü Hacıbala Abutalıbov vəzifəyə gələnə qədər icazəli küçə yürüşləri keçirirdik. İstehlakçıları hüquqları ilə maarifləndirir, bu sahədə dövlət siyasətinin formalaşmasına yardım edirdik. 2009-cu ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradıldı. O zaman düşünürdük ki, nəhayət bizim dövlət tərəfdaşımız var. Həmin dövrdən bu günə qədər həmin qurumun rəhbəri 10 dəfə dəyişib. Həmin dövrdə xidmətin rəhbərlərindən biri olan Ələkbər Məmmədov istehlakçı hüquqlarının müdafiəsi istiqamətində böyük işlər görüb və təşkilatın beynəlxalq aləmdə tanınmasında böyük rolu olub. Ondan sonra dəfələrlə rəhbər dəyişib. Onlardan biri də mərhum Rəhim Hüseynov idi. O, komandası ilə bizim təşkilatımıza gəlirdi. Yəni dövlət orqanı ilə ictmai təşkilatın əməkdaşlığı olub. Bu da ölkədə istehlakçı hüquqlarının qorunmasında böyük rol oynayıb”.

Bu barədə Bizimyol.info saytına “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov danışıb. Onun sözlərinə görə, ildə həmin xidmətin adı dəyişdirildi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti oldu. Hazırda həmin qurumun rəhbəri Məmməd Abbasbəylidir. Bu zamana qədər 15 mart Beynəlxalq İstehlakçı Hüquqları günü ilə bağlı dövlət qurumları tərəfindən dəyirmi masalara dəvət edilir, müzakirələr apardıqlarını deyən E.Hüseynov qeyd edir ki, bu barəd Beynəlxalq təşkilatlara hesabatlar verirmiş. Onun sözlərinə görə, başqa təşkilatlar qrant almaq üçün Beynəlxalq Təşkilatlara mənfi hesabatlar verdiyi halda “Azad İstehlakçılar” Birliyi bir dəfə də olsun, Azərbaycanda istehlakçı hüquqları ilə bağlı mənfi hesabatlar verməyib.

Eyyub Hüseynov Eyyub Hüseynov

E.Hüseynov deyir ki, hazırda yeni təyin edilmiş Məhəmməd Abbasbəyli onunla görüşmək istəmir. Təşkilat rəhbəri bununla bağlı quruma müraciət etsə də, müraciətləri cavabsız qalıb. Daha doğrusu, əksər dövlət qurumları vətəndaşları süründürməçiliyə saldığı kimi Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti də Eyyub Hüseynovu süründürməçiliyə salıb. E.Hüseynov qeyd edir ki, bu günə qədər “Azad İstehlakçılar” Birliyini özünə rəqib görən sədrlər olsa da, Eyyub Hüseynovla əməkdaşlıq edən sədrlər də olub. E.Hüseynovun sözlərinə görə, o vaxtilə Fərhad Əliyev, Heydər Babayevlə görüşərək, istehlakçı hüquqları barədə müzakirələr aparıb, birgə işlər görülüb. Lakin son zamanlar bu sahəyə demək olar ki, diqqət ayrılmır. Yeni sədr demək olar ki, ictimai təşkilatı yaxın buraxmır.

“Bizdə olan məlumata görə, 1995-ci ildə qəbul edilmiş və köhnəlmiş istehlakçı hüquqları ilə bağlı qanun Milli Məclisə verilib. Bu qanunun normal ictimai müzakirəsi keçirilməyib. Qanun primitivdir. Birçox məsələlər müasir tələbələrə cavab vermir. Qanun layihəsi gizlədirilir. Yenə gizli bir qanun qəbul edərək, istehlakçı hüquqlarının pozulmasına yol açacaqlar” - deyə E.Hüseynov bildirib.

Xatırladaq ki, “Azad istehlakçılar” Birliyi kimi təşkilatlar dünyanın 123 ölkəsində var. Hətta Rusiyada eyni istiqamətdə fəaliyyət göstərən təşkilat sədri Dmitri Yanin RF prezidenti Vladimir Putin tərəfindən iki dəfə qəbul edərək istehlakçı hüquqlarının qorunmaıs ilə bağlı müzakirələr aparıb. Maraqlısı budur ki, Azərbaycanda təşkilat sədrini uyğun dövlət xidmətinin rəhbəri qəbul etmir. Həqiqən absurd gülünc bir vəziyyətdir. İstehlakçıların problemlərini həll etməyə çalışan bir şəxsi Dövlət Qurumunun sədri qəbul etmirsə, adi vətəndaşı qəbul edib, onun problemini həll etməsi sözün əsl mənasında sual altındadır. Məhz elə buna görədir ki, ölkədə istehlakçı hüquqlarının qorunması tənəzzül edir. İstehlakçılar isə, şikayətlərini dövlət qurumlarına deyil, məhz Eyyub Hüseynova ünvanlayırlar. Çünki bilirlər ki, dövlət qurumu onun müraciətinə ancaq məktubla cavab verəcək. Bu məktub isə şikayətçinin biznes qurumundan aldığı məktubun eynisi olur. Əksər hallarda istehlakçılara məhkəməyə müraciət etmək tövsiyyə edilir.

E.Hüseynov vurğulayıb ki, qurum heç bir iş görmür. Belə ki, 24 il müddətində bu qurumun hansısa bir iş görərək, ekspertiza aparması, saxta mal aşkarlaması ilə bağlı fəlaiyyətlərini, istehlakçı iddiası əsasında məhkəmə işi qaldırmasını görməyib: “Cənab prezident iqtisadi yığıncaqlarda çıxışlarında bildirir ki, ölkədə monopoliya var, kartel sövdələşmələri var. Bunlar isə istehlakçı hüquqlarının pozulmasına gətirib çıxaran amillərdir. Dövlət Xidməti bir dəfə də olsun, bu karter sövdələşmələri barədə məlumat verməyiblər. Və yaxud hansısa monopoliyanın qarşısını almayıblar”.

Ekspert deyir ki, hökumət üzünü istehlakçılara çevirməlidir. “Görünür, mən beynəlxalq təşkilatlarla iş aparmalıyam ki, Azərbaycanda istehlakçı hüquqlarının bu qədər pis vəziyyətə düşməməsi üçün iş görülsün. 15 Marta az qalıb. Hökumət qurumları tərəfindən heç bir iş görülmür”,- deyə E.Hüseynov bildirib.

Belə... Məsələyə əlavə şərh verməyə ehtiyac yoxdur. Çünki ölkədə istehlakçı hüquqlarının hansı səviyyədə qorunduğu göz önündədir.

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərdik. Cavablandığı zaman qurumun mövqeyini də sizinlə bölüşəcəyik.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »