Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya "qorxusu" NATO-ya üzv olmaq tərəfdarlarını artırır
Rusiya "qorxusu" NATO-ya üzv olmaq tərəfdarlarını artırır

Rusiya-Ukrayna müharibəsi daimi neytrallıq statusuna malik İsveçdə NATO üzvlüyünə dəstəyin artmasına səbəb oldu.

Bizimyol.info xəbər verir ki, bu barədə İsveçin dövlət televiziyası "SVT"nin sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, İsveçdə ilk dəfə NATO-ya üzv olmaq istəyən vətəndaşların sayının artdığı, ictimaiyyətin yüzdə 49-u dövlətin alyansa qoşulmasını dəstəklədiyi məlum olub.

Rusiya-Ukrayna müharibəsindən əvvəl İsveçdə NATO üzvlüyünü dəstəkləyənlərin nisbəti cəmi 25 faiz olduğu halda, bu dəstək 218 ildir müharibə görməyən və neytrallığını qoruyub saxlayan ölkədə mühüm münasibət dəyişikliyi kimi şərh edilir.

Bildirilir ki, “Rusiya qorxusu” İsveçdə NATO üzvlüyünə rəğbət bəsləməyən vətəndaşların fikirlərini dəyişməsinə səbəb olub.

Mövzu ilə bağlı bir qiymətləndirmə edən isveçli rəssam və akademik Anders Angsvik ölkəsinin NATO-ya çox daha əvvəl üzv olması ilə bağlı fikirlərini bölüşüb.

Anqsvik uzun illərdir Rusiya təhlükəsi ilə yaşadıqlarını bildirib: "Bizim nə ordumuz, nə də gücümüz var. Ona görə də NATO üzvü olmalıyıq", - deyə bildirib.

İş adamı Vlado Radakoviç, Avropa və İsveçdə müharibə istəmədiklərini vurğulayaraq, "İsveçə qarşı ola biləcək hücuma qarşı NATO-ya girilməsi lazım olduğunu düşünürəm. Yalnız bu şəkildə özümüzü təhlükəsiz hiss edə bilərik" dedi. dedi.

Tələbə Ella Namngivna NATO üzvlüyünün İsveçi birbaşa hədəfə çevirəcəyini və buna görə də bunun əleyhinə olduğunu bildirdi.

Göründüyü kimi fikirlər müxtəlif olsa da, NATO-ya daxil olmaqla bağlı "sülh ölkəsi"də münasibət dəyişməkdədir. Rusiyanın heç bir səbəb olmadan Ukraynaya hücum etməsi, dünyada alyansa üzv olmaq ehtiyacının vacib olduğu fikirini gücləndirməkdədir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »