Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Düşməni sürpriz gözləyir.., əhəmiyyətli irəliləyiş var” – Ukrayna Müdafiə Nazirliyi
“Düşməni sürpriz gözləyir.., əhəmiyyətli irəliləyiş var” – Ukrayna Müdafiə Nazirliyi

Ukrayna Müdafiə naziri Oleksiy Reznikov deyib ki, Ukraynaya silah tədarükündə ciddi irəliləyiş var. Nazir bu barədə son 11 günlük müqavimətin yekunlarına dair açıqlamasında bildirib.

"Silah və sursatların tədarükü ilə bağlı açıqlama verməyəcəyəm – bu, incə məqamdır. Amma düşməni sürpriz gözləyir. Bilin ki, əhəmiyyətli irəliləyiş var",- deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, hücum silahları ilə yanaşı, son üç gündə 50 mindən çox dəbilqə və gülləkeçirməz jilet artıq çatdırılıb və ya yoldadır.

"Biz tədarükçülərdən NATO ölkələrinin orduları üçün tikilmiş formaları da alırıq. Qoy müdafiəçilərimiz müxtəlif paltarlar geyinsinlər. Əsas odur ki, düşməni vurmaq rahat olsun",- deyə nazir əlavə edib.

"Biz partnyorlardan hava hücumundan müdafiə və raketdən müdafiə sahəsində yardım almaq üzərində işləyirik. Lakin qələbəmizin qaçılmazlığına inamı verilən vədlər deyil, Ukrayna Hərbi Hava Qüvvələri təlqin edir ",- deyə Reznikov vurğulayıb.

Bu arada Rusiya daha çox hərbi müqavimətlə qarşılaşdıqca, dinc əhaliyə qarşı aqressivlik də artır. Zaporojye vilayətində Kadırovun adamları “Ukrpoçta” markalı avtomobilə atəş açıb və daha sonra tankla onun üzərindən keçiblər. Bir kişi və bir qadın hadisə yerində həyatını itirib. Bu barədə Zaporojye Vilayət Dövlət Administrasiyasından məlumat verilib.

Həmin gün “Ukrpoçta” işçiləri Orexovo, Omelnik, Yeqorovka və Novoselivka qəsəbələrindən keçən marşrutla pensiya və poçt daşıyırmışlar. Yeqorovka və Novoselovka qəsəbələri arasındakı yolda tank mülki avtomobilə tərəf çıxıb. Avtomobilin sürücüsü hərbi maşınları buraxmaq üçün bir az sağa çəkilib, lakin buna cavab olaraq “kadırovçular” mülki avtomobilə atəş açıb, sonra isə onun üzərindən keçiblər.

"Hazırda əzilmiş avtomobil Yeqorovka və Novoselivka qəsəbələri arasındakı yolda dayanıb. Dünən “Ukrpoçta”dan olan həmkarları ölən həmkarlarını götürməyə çalışıblar, çünki onlar kiminsə sağ qalacağına ümid ediblər. Lakin faciə yerinə gələndə onların artıq öldüyü məlum olub. Yalnız hadisə yerinin şəklini çəkə biliblər, çünki işğalçılar peyda olmağa başlayıblar və bu yerdə qalmaq təhlükəli olub”, - deyə Regional Dövlət Administrasiyası qeyd edib.

Qeyd edək ki, Administrasiya hadisə yerindən fotoları da yayıb (qanlı və dəhşətli mənzərə olduğuna görə həmin foroları paylaşmadıq – Red.).

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »