Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin bu formada yanaşması vaksinasiyaya qarşı şübhə yaradır
Milli Məclisin bu formada yanaşması vaksinasiyaya qarşı şübhə yaradır

Bir neçə gün əvvəl Bizimyol.info Milli Məclisdə “Qida Təhlükəsizliyi haqqında” qanunun müzakirə ediləcəyini müzakirələrə dəvət edilən “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynovun həmin müzakirələrdə iştirak etməsi üçün 48 saatlıq keçərliliyi olan COVID-19 PCR testinin tələb edilməsini qeyd etmişdik. E.Hüseynov bildirir ki, koronavirus əleyhinə Buster doza vaksinasiya edilib və bununla bağlı sertifikatı olduğu halda MM ondan PCR test tələb edir. Bununla bağlı Milli Məclisə sorğu göndərmişdik.

Milli Məclisin İqtisadi Qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov Bizimyol.info saytının sorğusuna cavab olaraq bildirib ki, COVID-19 pandemiyası şəraitində Milli Məclisin fəaliyyətinin təmin edilməsi və xəstəliyin yayılmasının qarşısının alınması üçün Milli Məclisin deputatları bir qayda olaraq, həftədə bir dəfə, Milli Məclisin iclaslarında və digər tədbirlərdə iştirakı nəzərdə tutulduqda isə, həmin tədbirlərdən əvvəl COVID-19 analizindən keçirlər. Milli Məclisə tədbir və iclaslarda iştirak etmək qaydalarını bildik.

Həqiqətən çox maraqlıdır ki, ölkədə bütün sahələrdə buster doza qəbul ediliyi halda Milli Məclisdə niyə bu qəbul edilmir?

Buster doza vaksinasiyaya Milli Məclisin bu formada yanaşması, həqiqətən vaksinasiyaya qarşı şübhə yaradır. Yoxsa ölkə qanunvericiliyinin taleyini həll edən bir qurum niyə buster doza vaksinasiyası deyil, PCR test tələb etsin ki?

Eyyub Hüseynov Eyyub Hüseynov

Əgər vaksinasiya bu qədər etibarsızdırsa, niyə karantin qaydalaırnda yumşalma var və niyə demək olar ki, hər yerə giriş zamanı Buster doza vaksinasiya tələb edilir?

Məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanlamışıq. Sorğumuza cavab verildikdə sizinlə bölüşəcəyik.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »