Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna qalib gələcək, heç kim belə müqaviməti proqnozlaşdıra bilməzdi
Ukrayna qalib gələcək, heç kim belə müqaviməti proqnozlaşdıra bilməzdi

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya ilə müharibədə Ukraynanın qələbəsinə inandığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri "Fransa 5" telekanalın efirində bildirib.

"İnanıram ki, Ukrayna qalib gələcək. On gün ərzində ən çox diqqət çəkən məqam Ukrayna xalqının, ekspertlərin belə təsəvvür edə bilmədiyi miqyasda müqavimət göstərməsidir. Müharibənin qiyməti Rusiya üçün dözülməz olacaq. Prezident Putin nə vaxtsa, seçim qarşısında qalacaq: ya Rusiyanın mövcudluğunu qorumaq üçün əhəmiyyətli nəticələr əldə etmək, ya da danışıqlara başlamaq”, - Le Drian deyib.

Le Drian Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarının uzunmüddətli perspektivdə Putini növbəti təcavüzdən çəkindirəcəyinə əminliyini ifadə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »