Rusiya Ukraynadakı müharibəyə, şəhər döyüşlərində təcrübələri olan suriyalıları cəlb edir.
Bizimyol.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat verib.
“2015-ci ildən Suriyada əməliyyat aparan Rusiya son günlər oradan döyüşçülər cəlb edir və ümid edir ki, şəhər döyüşlərindəki təcrübələri Kiyevi ələ keçirməyə və Ukrayna hökumətinə sarsıdıcı zərbə vurmağa kömək edəcək”, - Deə nəşr qeyd edib.
Hələlik neçə suriyalının döyüşlərə cəlb olunduğu barədə dəqiq məlumat yoxdur. Suriyalı muzdluları ibarət bir qrupun artıq Rusiyada olduğu qeyd edilir.
Deyr əz-Zurda yerləşən "Deir Ezzor 24" Suriyalılara Ukraynada altı ay müddətinə ayda 200-300 dollara “mühafizəçi kimi iş” təklif olunduğunu bildirir.
Qadir, Bizimyol.info