Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bild”: Putin Kiyevə hücum əmrini verib
“Bild”: Putin Kiyevə hücum əmrini verib

“Ukrayna qüvvələri İrpin, Qostomel və Buçada rus qüvvələrini dayandıra bilsələr də, Rusiya diktatoru strateji əhəmiyyətli şəhərlərə, o cümlədən paytaxt Kiyevə yeni hücum əmri verib”.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniyanın “Bild” jurnalının redaktoru Julian Ropke “Kiyevə hücum əmrini Putin verib” adlı məqaləsində yazıb.

"200 maşından ibarət karvan Qostomelə daxil oldu. Bu, Kiyev əhalisi üçün çox böyük təhlükə yaranması deməkdir: Putin hələ də şəhəri işğal etmək planından əl çəkməyib. Müharibənin ilk günlərində ordusunun böyük itkilərə və tam uğursuzluğa düçar olmasına baxmayaraq, o, metropolisə getdikcə yaxınlaşmağa çalışır", - Ropke qeyd edib.

"Onun birbaşa Kiyevə girməyə cəhd edəcəyi şübhə doğurur. Çox güman ki, o, bütün şəhərətrafı əraziləri ələ keçirərək sərt mühasirə qurmağa çalışacaq, sonra isə paytaxtın sakinlərini və müdafiəçilərini acından öldürəcək.

Bunu Rusiyanın Kiyevin şimal-şərqinə, Brovarı və Borispol istiqamətində hücumları da təsdiqləyir",- deyə məqalədə bildirilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »