Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq Qəbələdə gənc qadının ana və yeniyetmə oğlu tərəfindən qətli barədə məlumat yayıb
Prokurorluq Qəbələdə gənc qadının ana və yeniyetmə oğlu tərəfindən qətli barədə məlumat yayıb

Dünən Qəbələdə Aytac Əliyevanın meyitinin rayon ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Qəbələ Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla rayon ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »