Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada sosial vəziyyət çətinləşir: Etirazlar artır
Rusiyada sosial vəziyyət çətinləşir: Etirazlar artır

Bu gün axşam saatlarına olan son məlumata görə, Rusiyanın 48 şəhərində müharibə əleyhinə mitinqlərdə təxminən 2500 nəfər saxlanılıb. Bu barədə “OVD-İnfo” insan haqları layihəsi məlumat yayıb .

Eyni zamanda hüquq müdafiəçiləri qeyd edirlər ki, hər bir polis idarəsində dərc olunan siyahılardan daha çox məhbus ola bilər. Layihə yalnız etibarlı şəkildə tanıdıqları və adlarını dərc edə bildikləri şəxslərin adlarını açıqlayıb.

Yəni polisin açıqladığı siyahı real rəqəmləri əks etdirmir. Müstəqil müşahidəçilərin fikrincə, Rusiyada ən azı 7 min müharibə əleyhdarı polis tərəfindən saxlanılıb.

O cümlədən, hazırda Moskvada ən azı 753, Sankt-Peterburqda ən azı 350, Novosibirskdə isə ən azı 278 məhbus var. Qeyd olunur ki, Rusiya hüquq-mühafizə orqanları etirazçıları kifayət qədər sərt şəkildə saxlayır. Eyni zamanda Sankt-Peterburqda yanında azyaşlı uşağı olan kişi də saxlanılıb.

Bu arada Moskvanın Manejnaya meydanında məhbuslar Ukraynanın himnini oxuyublar.

Analitiklər pqornoz edirlər ki, Rusiyada yoxsulluq dərinləşdikcə, etirazlar qaçılmaz olacaq. Ehtimal olunur ki, bu ana qədər tətbiq edilmiş sanksiyalar ən azı 3 milyon nəfərin iş yerini itirməsinə səbəb olacaq. Həmin şəxslərin iş yerini itirməsi təkcə özləri üçün deyil, yaxınları üçün də problemə çevriləcək.

Çoxlu sayda xarici şirkət Rusiyada fəaliyyətini dayandırıb və orada işləyən Rusiya vətəndaşları işsiz qalıb. Bundan başqa, yerli avtomobillər də xaricdən alınan detalların çatışmazlığı üzündən fasilələrə getməli olurlar.

Ötən bir həftə ərzində sanksiyalar tam gücü ilə öz effektini göstərməyib. Bunun üçün təxminən 1 ay zaman tələb olunur. Növbəti maaş günü çatanda problemlər daha ciddi şəkildə özünü göstərəcək. Artıq bir sıra zavod və fabriklərdə belə narazılıqlar qeydə alınıb. Onlar rublun indiki kursu ilə aldıqları maaşla dolana bilməyəcəklərini deyirlər. Çünki istehlak bazarında kəskin bahalaşma müşahidə olunur. Həftəsonu birjalar bağlanarkən 1 dollara qarşı 124 rubl məzənnəsi qeydə alınıb. Əslində isə Rusiyada hazırda 200 rubldan ucuz qiymətə dollar tapmaq mümkün deyil.

Bir çoxları ölkəni tərk etmək istəyir. Panikanın qarşısını almaq üçün hökumət ölkədən çıxışa məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »