Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təzyiqi artıracağıq - Rusiyada vəziyyət Şimali Koreyadan da pis olacaq"
"Təzyiqi artıracağıq - Rusiyada vəziyyət Şimali Koreyadan da pis olacaq"

Ukrayna xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, Rusiyanın hərəkətləri elə sürətlə inkişaf edir ki, o, tezliklə dünyanın ən qəddar diktaturasına – Şinali Koreyaya çevriləcək.

O, bu barədə Kiyevdə keçirdiyi brifinqdə bildirib. Kuleba vurğulayıb ki, Rusiya Federasiyasının təcavüzünə təkcə xarici hökumətlərin deyil, həm də Qərb biznesinin reaksiyası artıq Rusiya üçün ağrılı olub. "Ardınca domino effekti gəldi. Bu, Rusiya üçün iztirabların və ağrılı itkilərin sadəcə başlanğıcıdır. Rusiya əsl təcridin nə olduğunu görəcək. Artıq 113 nəhəng şirkət Rusiya bazarını tərk edib, 213 iri şirkət rusiyalı tərəfdaşlarla əməkdaşlığı qismən və ya tamamilə dayandırıb",- deyə o bildirib.

Kuleba əmin edib ki, bu təzyiqi artıracaqlar. Xüsusilə, Kulebanı Visa və MasterCard ödəniş sistemlərinin tətbiq etdiyi sanksiyaların səviyyəsi qane etməyib. "Rusiyanın işləməsi üçün bəzi boşluqlar qalır. Biz Visa və Mastercard-a təzyiq göstərəcəyik ki, onlar Rusiyada fəaliyyətlərini tamamilə dayandırsınlar",- nazir bildirib. O bəyan edib ki, Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyasında fəaliyyətini dayandırmağa tələsməyən şirkətlərin adını çəkəcək.

Eyni zamanda, Xarici İşlər Nazirliyi Rusiya Federasiyasında tətbiq edilən sərt məhdudiyyətlərə görə Rusiya vətəndaşları tərəfindən daxili cəbhənin açılmasına ümid edir. “Rusiyada yaşamaq artıq qeyri-mümkün olur... Şimali Koreya bu sürətlə Rusiya ilə müqayisədə azadlıq adasına çevriləcək”,- deyə nazir əlavə edib.

Xüsusilə, bildiyiniz kimi, həftənin sonundan etibarən Rusiya Federasiyasında Ukraynadakı müharibə ilə bağlı həqiqəti əks etdirən xəbərlərə görə, yəni Rusiya təbliğat maşınının möqeyindən fərqli xəbərlərə görə 15 ilə qədər həbs cinayət cəzası qüvvəyə minib.

"Yüz minlərlə rusiyalı belə yaşamaq istəmir. Biz artıq müharibə əleyhinə nümayişlər görürük",- deyə nazir əlavə edib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »