Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müdafiə naziri: “Qadınlar və uşaqlarla döyüşürlər.., hamısını məhv edəcəyik”
Müdafiə naziri: “Qadınlar və uşaqlarla döyüşürlər.., hamısını məhv edəcəyik”

Müdafiə naziri Aleksey Reznikov qeyd ediи ki, Rusiya işğalçıları nəhayət, terrorçulara çevriliblər, qadınlara və uşaqlara qarşı döyüşürlər, lakin məğlub olacaqlar: Bu işə hər bir ukraynalı kömək edə bilər.

"10 gün 4 saat 20 dəqiqə - 244 saatdır ki, Ukrayna bütün dünya uğrunda vuruşur. Biz düşməni dəf etməyə davam edirik",- deyə müdafiə naziri bildirib.

O deyib ki, zavod və fabriklər işləməyə davam edir, hərbi sifarişləri yerinə yetirir, texnikanı təmir edir, döyüş qənimətlərini silaha çevirir. “Mübarizə üçün ölkə çalışmalıdır, hər kəs öz yerində. Əgər təxliyə edilmək məcburiyyətində qaldınızsa - yeni yerdə iş tapın - hər yerdə köməyinizə ehtiyac var”,- deyə Reznikov çağırış edib.

O qeyd edib ki, Ukrayna qoşunları da itki verir və onların adı unudulmayacaq, lakin cəbhə xəttində vəziyyət nəzarət altındadır. Düşmən ciddi itkilər verməkdə davam edir. Reznikov hesab edir ki, düşmən qüvvələrinin artırılması getdikcə çətinləşəcək, təchizatın keyfiyyəti daha da pisləşəcək.

“Kreml nəhayət ki, öz niyyətlərini gizlətmək cəhdlərindən imtina etdi – onlar ölkəmizi dağıtmağa, xalqımızı məhv etməyə gəlmişdilər. Amma buna nail olmayacaqlar. Qadınlar və uşaqlarla döyüşürlər. Xarkovu müdafiə edən döyüşçüləri məğlub edə bilmədilər, ardınca Xarkov Universiteti ilə döyüşməyə başladılar. Onlar adi terrorçulardır. Və terrorçular məhv ediləcək”,- deyə nazir Kremlə meydan oxumağa davam edib.

Xatırladaq ki, Ukrayna tərəfinin məlumatına görə, Rusiya 10 mindən artıq canlı qüvvə itirib. Həmçinin ABŞ-ın “Forbes” jurnalının məlumatına görə, ilk həftədə Ukrayna ordusu Rusiyanın 3 milyard dollar dəyərində hərbi texnikasını məhv edib.

Ukrayna Rusiya hərbi qüvvələrinin arxa cəbhə ilə əlaqəsini satsıtmaq üçün təchizat gətirən kolonları hədəfə alır, körpüləri və yolları sıradan çıxarır. Rusiya ordusunu ərzaq təminatında ciddi problemlər yaşanır. Sosial şəbəkələrdə yayılan videolarda Rusiya əsgərlərinin ərzaq mağazalarına basqın etmələri görünür.

Həmçinin bir videoda Rusiya əsgərlərinə son istifadə tarixi 2015-ci ilə qədər olan ərzaq bağlamalarının verildiyi görünürdü.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »