Rusiya Federasiyası Silahlı Qüvvələri Mariupol və Volnovaxa şəhərləri istiqamətində yenidən hücum əməliyyatlarına başladı.
Bizimyol.info xəbər verir ki, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
“Elan edilmiş təhlükəsizlik dəhlizləri ilə heç bir mülki şəxs Mariupol və Volnovaxanı tərk etməyib. Bu şəhərlərin əhalisi millətçi birləşmələr tərəfindən canlı qalxan kimi saxlanılır. Millətçi batalyonlar susqunluqdan istifadə edərək yenidən mövqelərini möhkəmləndiblər. Ukrayna tərəfinin millətçilərə təsir etmək və ya atəşkəs rejimini uzatmaq istəməməsi səbəbindən Moskva vaxtı ilə saat 18:00-dan etibarən hücum əməliyyatları bərpa edilib”, - deyə Konaşenkov bildirib.
Qadir, Bizimyol.info