Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Danışıqların üçüncü raundu martın 7-də baş tuta bilər
Danışıqların üçüncü raundu martın 7-də baş tuta bilər

Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu martın 7-də baş tuta bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri Ukrayna prezidentinin ofisinə istinadən məlumat verib.

"Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu martın 7-də baş tuta bilər. Ən azı, belə bir təkliflə Ukrayna prezidentinin ofisi çıxış edib", - nəşr qeyd edir.

Nəşrin yazdığına görə, Kiyev “rusların reaksiyasını gözləyir”.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu fevralın 28-də, ikinci - martın 3-də hər iki raund Belarus ərazisində keçirilib.

Tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər. Kreml humanitar məsələlərdə əldə olunan anlaşmanı çox vacib adlandırıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »