Vladimir Putin bildirib ki, Ukraynada hərbi infrastrukturun məhv edilməsi üzrə işlər başa çatır.
"Onların etdikləri ilk iş bütün hərbi infrastrukturu məhv etmək oldu. Yaxşı, hamısını yox, qismən, əsasən, silah, sursat, aviasiya, hava hücumundan müdafiə sistemləri olan anbarlar məhv edildi. Hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq bir qədər vaxt tələb edir: onları məhv etmək lazımdır. Bu iş praktiki olaraq başa çatıb”, - deyə dövlət başçısı bildirib.
Rusiya lideri əlavə edib ki, əməliyyat planlaşdırıldığı kimi davam edir.
"Mən ordumuzun qarşısında duran bütün vəzifələri həll edəcək inanaraq bunları söyləyirəm. Mən buna bir saniyə belə şübhə etmirəm", - o vurğulayıb.
Prezident həmçinin əmin edib ki, Rusiya hakimiyyəti ölkədə xüsusi vəziyyət və ya fövqəladə vəziyyət tətbiq etmək niyyətində deyil. O qeyd edib ki, birinci belə tədbir irimiqyaslı daxili təhlükələrə yarandıqda, ikincisi isə texnogen və ya təbii fəlakət zamanı tətbiq edilir.
"Ancaq Allaha şükür ki, indi bizdə bu təhlükərər yoxdur. Rusiya Federasiyasının ərazisində hər hansı xüsusi vəziyyət tətbiq etməyi planlaşdırmırıq, bu gün belə ehtiyac yoxdur", - deyə dövlət başçısıi bildirib.
Onun sözlərinə görə, Ukraynadakı əməliyyatda bir nəfər də olsun çağırışçı cəlb olunmur - bu işə yalnız peşəkarlar cəlb olunub.
"Bu əməliyyatda yalnız peşəkar hərbçilər iştirak edir: zabitlər və müqavilə ilə xidmət edənlər. Çağırışçılar yoxdur və biz bunu planlaşdırmırıq. Bir daha təkrar edirəm: yalnız könüllü olaraq çox məsuliyyətli seçim edən kişilər. Onlar həyatda bu əməliyyatda - vətəni müdafiə etməkdə iştirak edirlər", - deyib.
Qeyd edək ki, Ukrayna hərbçilərinin əsir götürdükləri əsgər və zabitlər tamailə Putinin fikirlərini əksini deyirlər. Hətta bəziləri aldadılaraq müharibəyə göndərildiklərini və burada ən çox üç gün qalacaqlarını bildirmişdilər.
Qadir, Bizimyol.info