Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenskinin NATO ilə bağlı çıxışını şərh edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "RİA-Novosti" məlumat yayıb.
Lavrov qeyd edib ki, əgər Zelenski NATO-nun münaqişəyə müdaxilə etməməsindən bu qədər əsəbiləşibsə, “bu o deməkdir ki, o, vəziyyəti həll etmək üçün NATO-ya arxalanır”.
“O, NATO ilə Rusiya arasında münaqişə yaratmağa çalışır”, - Lavrov bildirib.
Qadir, Bizimyol.info