Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyaya qorxunc təzyiqlər göstərəcəyik.., Ukrayna qalib gələcək" - ABŞ dövlət katibi
"Rusiyaya qorxunc təzyiqlər göstərəcəyik.., Ukrayna qalib gələcək" - ABŞ dövlət katibi

ABŞ dövlət katibi Entoni Blinken əmindir ki, Ukrayna Rusiya ilə müharibədə qalib gələcək. Blinken Ukrayna xalqının “yüksək müqavimətini” vurğulayıb: “Əgər Moskva hansısa yolla hökuməti devirmək və özünün marionet rejimini qurmaq niyyətində olsa, 45 milyon ukraynalı bu və ya digər şəkildə bunun qarşısını alacaq”.

O, əlavə edib ki, müharibə Rusiya prezidenti Putinin planlarından fərqli olaraq artıq uğursuz alınıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət “Putinin başladığı müharibəni dayandırmaq üçün Rusiyaya qorxunc təzyiqlər göstərəcəyik”.

"Ukraynanın qalib gələ biləcəyinə əminsinizmi" sualına Blinken belə cavab verib: "Zaman keçdikcə, mütləq belə olacaq".

Polşanın baş naziri Mateuş Moravetski isə bildirib ki, ukraynalılar indi təkcə öz ölkələrinin müstəqilliyini deyil, həm də bütün Avropanın təhlükəsizliyini müdafiə edirlər.

"Biz ukraynalılara kömək edirik ki, özlərini müdafiə edə bilsinlər. Və bu gün onlar nəinki özlərini, nəinki öz ölkələrinin müstəqilliyini müdafiə edirlər, onlar həm də bütün Avropanın təhlükəsizliyini qoruyurlar",- deyə Mateuş Moravetski bildirib.

Onun sözlərinə görə, hər gün 100-ə yaxın yük maşını Polşadan Ukraynaya müxtəlif növ yardımlarla, əsasən dərmanlar, geyimlər, gigiyena vasitələri, tez xarab olmayan məhsullar, yataq dəstləri, yanğınsöndürmə ləvazimatları ilə yola düşür.

Morawiecki qeyd edib ki, Polşa diplomatiyası Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edəcək. “Bu, Kremlin qəddar hərəkətlərinə qarşı bizim əsas silahımızdır”.

O həmçinin Rusiyaya qarşı həqiqətən dağıdıcı sanksiyalar tətbiq etməyə çağırıb: "Qərb tərəfdaşlarımızı eqoizm pərdəsi arxasında gizlənməməyə çağırıram. “Sberbank” və “Qazprombank”-ın SWIFT-dən kənarda qalması ciddi qərardır. Amma bunlar Putini dayandırmaq barədə çox spesifik söhbətlərdir. Bunun da bir cavabı var: biz Putini yayına bilməyəcəyi sarsıdıcı, sərt, universal sanksiyalarla dayandıra bilərik. Putin və oliqarxlarının sığındığı qızıl qəfəs sökülməlidir",- deyə Morawiecki deyib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »