Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: Biz təzminat tələb edirik
Prezident: Biz təzminat tələb edirik

Dünyanın erməni barbarlığı haqqında öyrənməyi vacibdir. Bu, cəzalandırılmalıdır. Biz müharibə zamanı onları elə cəzalandırdıq ki, onlar bunu heç vaxt unutmayacaqlar, lakin təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən söyləyib.

“Biz təzminat tələb edirik. Bu məsələni beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik. Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa uyğunlaşdırmalıyıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Minalar məsələsinə də toxunan Prezident deyib ki, hazırda bu səbəbdən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə geri qaytarılması mümkün deyil, ərazilərin minalardan təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir: “Həmçinin biz geri qayıdacaq insanlar üçün layiqli şərait yaratmalıyıq və proses başlayıb. Əminəm ki, siz ölkəmizə yenidən səfər edəcəksiniz, çünki, bu, qlobal miqyasda həqiqətən də çox mühüm məsələdir. Düşünürəm ki, bizim Livan böyüklüyündə ərazini necə bərpa edəcəyimiz, işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunə olacaq. Əminəm ki, bizim kimi eyni problemlərlə üzləşən və ya üzləşmiş bütün digər ölkələr üçün nümunə ola bilərik”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »