Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"NATO-nu Ukrayna səmasında Rusiya ilə döyüşməyə məcbur edəcəyik" - Ukraynadan açıqlama
"NATO-nu Ukrayna səmasında Rusiya ilə döyüşməyə məcbur edəcəyik" - Ukraynadan açıqlama

Prezident Vladimir  Zelenski deyib ki, Rusiya ordusu Ukraynada planlaşdırılan xətlərə çatmayıb, lakin həlak olan təxminən 10 min Rusiya hərbçisinə çatıb.

Bizimyol.info-nun verdiyi məlumata görə, bu barədə dövlət başçısı videomüraciətində bildirib .

"Ukrayna Silahlı Qüvvələri müdafiəmizin bütün əsas sahələrini cəsarətlə saxlayır. Onlar Xarkov yaxınlığında işğalçılara əks-hücum edir, şəhəri qoruyurlar. Nikolayevi, Kiyevi saxlayırlar. Çerniqov vilayətini, Sumı, Donbası əldə saxlayırlar",- deyə prezident bildirib.

Zelenski bəyan edib ki, Ukrayna işğalçılara elə itkilər vuru ki, onlar ən pis yuxularında belə görməyiblər.

"Rusiya ordusu planlaşdırılan xətlərə çat bilmədi. Amma demək olar ki, 10 000 həlak olmuş Rusiya əsgərinə çatdı. 10 000! Bu qorxuludur! Bunlar gənc oğlanlardır: 18, 20 yaş - çox gənc, az qala uşaqlardır. Nə üçün döyüşəcəklər? Onlar nəyə görə yad ölkədədirlər. Rusiya bu insanlara ölümdən başqa da bir şey verə bilərdi”,- Ukrayna prezidenti vurğulayıb.

Zelenski əmindir ki, Ukrayna tezliklə öz vətəndaşlarına “Geri qayıdın!” deyə biləcək, çünki artıq təhlükə yoxdur. "Əminəm ki, tezliklə xalqımıza "qayıt!" deyə biləcəyik. Polşadan, Rumıniyadan, Slovakiyadan və bütün dost ölkələrdən qayıdacaqlar. Çünki daha təhlükə yoxdur",- prezident bildirib.

Ukrayna prezident aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç isə hesab edir ki, Ukrayna üzərində səmanın bağlanması məsələsinə yenidən baxıla bilər.

Aleksey Arestoviç Aleksey Arestoviç

"Sorğuya görə, amerikalıların 70 faizindən çoxu Ukrayna səmasının bağlanmasının tərəfdarıdır. Yəni ABŞ rəhbərliyi hazırda həm NATO bloku, həm də vətəndaş cəmiyyətinin reaksiyası və onun verdiyi qiymətlərlə üz-üzədir. Hesab edirəm ki, bu mövzu bağlanmayıb. Və ilk dəfə NATO blokunu Ukrayna səmasında Rusiya ilə döyüşməyə məcbur edə bilməməyimiz o demək deyil ki, bir az sonra bunu edə bilməyəcəyik”,- deyə Aretoviç bildirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »