Kiyev vilayətinin Belaya Tserkov şəhərində Rusiya hərbçilərinin aviazərbəsi nəticəsində 20 evə ziyan dəyib, ölənlər var.
Bizimyol.info xəbər verir ki, bu barədə Kiyev vilayətinin polisinin "Facebook" sosial şəbəkə hesabında yaydığı məlumatda deyilir.
Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları vətəndaşlara partlayışın nəticələrini aradan qaldırmağa kömək edir. Ölənlərin dəqiq sayı məlum deyil. İnsanların dağıntılar altında qaldıqları güman edilir.
Qadir, Bizimyol.info