Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan kinosunun "müharibə şedevri": "Sizi dünyalar qədər sevirdim" - Video
Azərbaycan kinosunun "müharibə şedevri": "Sizi dünyalar qədər sevirdim" - Video

Xeyli müddətdir ki, Rusiya-Ukrayna müharibəsini izləyirik. İki il öncə biz də müharibə yaşadıq. 30 il işğal altında olan torpaqlarını qan bahasına, can bahasına geri qaytardıq. Müharibənin o həyəcanlı günləri hələ də undulmur. Ağrılı-acılı, kədərli və həyacanlı günlər idi.

Bu günləri özündə əks etdirə bilən filmlərdən biri, 1985-ci ildə çəkilən “Sizi dünyalar qədər sevirdim” filmidir. İkinci Dünya Müharibəsində həlak olmuş qəhrəmanlarımızdan birinə General Həzi Aslanova həsr edilib. Filmdə Belarusiya və Zaqafkaziya hərbi qüvvələrinin qoşunları iştriak edib. Film o qədər professional şəkildə çəkilib ki, filmi izləyən zaman özünü müharibənin, döyüşlərin içində hiss edirsən. General Həzi Aslanov rolunu isə Ramiz Novruzov canlandırıb.

Film 1942-ci il Stalinqrad ətrafında olan döyüşlərin əks olunması ilə başlayır. “Qorxma Vasyo, ən çox başlayanda çətin olur” - deyir general Həzi Aslanov. Yəni hiss etdirir ki, əsas döyüşü başlamaqdır. Sonra insanın içində qələbə qazanmaq hiss yaranır.

Filmdə generalın uşaqlıq, gənclik illəri də əsk etdirilib. Balaca Həzi Aslanovun General Mehmandarovla görüşü, xüsusi təsir bağışlayır. Mehmandarov, uşaqlardan böyüyəndə nə işlə məşğul olmaq istədiklərini soruşur. Hərə bir cavab verir, Həzi isə susur. Hərbçi olmaq uşaqlıqdan Aslanovun arzusu olur. Hərbi məktəbə daxil olan Aslanov yenidən Mehmandarovla görüşür və uşaq yaşlarında onunla olan görüşü xatırladır. Aslanov deyir, “o zaman ona görə susdum ki, general olmaq istəyirdim”...

Son döyüşdən öncə, Həzi Aslanov ailəsinə məktub yazır. Hətta məktubu yazarkən, xəyalında ailəsi ilə də danışır. Deyir ki, “başıma bir şey gəlsə, bilin ki, mən sizi həyatımdan çox sevirdim”... Sanki bu döyüşün son döyüş olduğunu hiss edirdi... Hər şey onun hiss tediyi kimi olur. General-mayor Həzi Aslanovun komandanlığı ilə 35-ci qvardiyaçı tank -briqadası döyüşdə qələbə qazanır. Ancaq generalın özü ölümcül yaralanır. Böyük qələbəyə cəmi aylar qalırdı.

Filmdə qeyd edilməsə də, rəsmi mənbələrə görə, Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilmiş ama Həzi Aslanov yolda vəfat edib. Bəzi mənbələr isə, Həzi Aslanovun qətlə yetirildiyini iddia edir...

General Həzi Aslanov filminə baxdığınız zaman 30 illik müharibə dövrü, 2020-ci il qələbəsi və bu gün Rusiya-Ukrayna müharibəsini belə dərindən hiss edə biləcəksiniz.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »