Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bürclərin barışıq üsulları, yaxud küsən adamı necə yola gətirməli...
Bürclərin barışıq üsulları, yaxud küsən adamı necə yola gətirməli...

Bəzən insanlar müəyyən təsirlərin altında, əsəb, gərginlik, dünyaya baxışların eyni olmaması, fikir ayrılıqları səbəbindən ani qərar verib ayrıla bilirlər. Bəzən qarşı tərəf sənin hansısa xüsusiyyətini bəyənməyib, səndən uzaqlaşmağa qərar verir.

Ayrılıqlar sənin üçün deyil, itirmək istəmirsən. Onsuz qalmaq çətindir. Zaman keçib, artıq həyatının bir parçasına çevrilib. Onu geri qaytarmaq istəyirsən, amma haradan və nədən başlayacağını bilmirsən. Əgər onun bürcünü bilirsənsə, geri qayıtması üçün ata biləcəyin addımlar var.

Qoç - Qoç bürcü ən yaxşı olmaq istəyir. Özü kimi olanları, yəni nəyin bahasına olursa, olsun, istıdiyini almaq uğrunda mübarizə aparan birini gördüyü zaman qarşısındakına heyranlıq duyar. Əgər bu keçmiş sevgilisidirsə, Qoç onun qarşısında dayana bilməz. “Səni istəyirəm. Və sən mənim olmadan heç bir yerə getmək niyyətim yoxdur”,- sözlərini sevgilisinin qarşısında deyən bir Qoç əriyib, muma dönər.

Buğa - Buğanı doğru formada oxumaq, nə istədiyini anlamaq, istəklərinə cavab verə biləcək gücə sahib olmaq lazımdır. Buğanın sərhədləri var, özü üçün qoyduğu sərhədlərdən çıxmaz. Sərhədlərini keçməyə heç kimə izn verməz. Onunla inadlaşsanız, heç nə əldə edə bilməzsiniz. Ancaq inadkarlığı buraxıb, onun yanına gəlsəniz, Buğa sizə bir şans daha verə bilər. Hamı bilməlidir ki, Buğa verilən sözlərə deyil, görülən işlərə önəm verir.

Əkizlər - Əkizlərin böyük sosial çevrəsi olur və sevgililərini bu insanlara tanıtmaqdan çəkinməzlər. Müxtəlif yerlərə sizinlə getməyə çalışarlar. Əgər ondan ayrılmamısınızsa, dostlarını və yaxınlarını axtarın, zəng edin, soruşun, maraqlanın. Onun yaxınlarından yardım istəməkdən çəkinməyin.

Xərçəng - Xərçənglər düşdükləri psixoloji sıxıntıdan onları qurtara bilən, gələcəyin xəyalını qura bilən bir sevgili istəyərlər. Niyə ayrıldığınızı bilmirik, ancaq barışmaq istəyirsinizsə, unutmayın ki, hər vəziyyətdə Xərçəngin kaprizlərinə dözməlisiniz. Ona möhtac olduğunu hiss etdirmə, birlikdə yaşamağınız üçün plan qurduğunuzu de, içinin qan ağladığını hiss etdir, amma üzün gülsün. “Səni əsla başqasına buraxmayacağam” deməyi də unutma.

Şir - Şir bürcü hər zaman özü üçün yaxşı olanı istəyər. Münasibətlərinizin əvvəlində ona önəm verib, sonra geri çəkilmiş ola bilərsiniz. O dövrdə özünü çox önəmli, çox sevilən hiss etmiş ola bilər. Yaşadığınız problemlərə rəğmən geri dönmək istəyirsinizsə, son zamanlar ən çox istədiyi nədirsə, onu hədiyyə etməklə başlayın. Əsl məqsədinizin onu xoşbəxt etmək olduğunu hiss etdirmədən geri çəkilməyin.

Qız - Qız bürcü dürüstdür. Bir qədər çox tənqid edər, amma sözləri ilə kimisə incitmək niyyəti yoxdur. Əsl məqsədi çatışmazlıqları aradan qaldırmaqdır. Qız hamı üçün yaxşı olanı istəyər və bunun üçün əlindən gələni edər. Onu geri qaytarmaq istəyirsinizsə, əvvəlcə kömək istəyin. Aranızdakı vəziyyət düzələn zaman isə sevginizi yenidən elan edə bilərsiniz.

Tərəzi - Tərəzi keçmiş sevgilisini keçmişdə buraxıb. Onu geri qaytarmaq mümkün deyil. Özünüzü və sevginizi yormayın. Amma yenə də bir şans istəyirsinizsə, barışıq üçün addım atın və gözləyin. Bəlkə fikrini dəyişə...

Əqrəb - Əvvəlcə gözəl bir mesaj yazın. Darıxdığınızı yazın, səhvlərinizi yazıb üzr istəyin. Və gözləyin. Çünki artıq növbə ondadır. Əgər sizi sevirsə, geri dönəcək.

Oxatan - Oxatanı yeni münasibətə çağırmağın heç bir təsiri olmaz. Onu geri qaytara bilmək üçün yenidən tanış olursunuzmuş kimi davranın. Bəlkə diqqətini çəkər.

Oğlaq - Oğlaq çox zaman səhhətinin, rahatlğının, hüzurunun yerinə karyera hədəfini seçər. Bu hekayəyə daxil olan sevgili də tənhalıqdan nəsib alar. Oğlaqı geri qaytarmaq istəyirsinizsə, onun üçün hər şeydən qiymətli olduğunuzu hiss etdirməlisiniz.

Dolça - Dolça tərsdir. Dolça ilə mübahisə zamanı o ədalətli davranmırsa, çox rahatlıqla geri qaytara bilərsiniz. Dolçanın hisslərinə toxunmağa çalışın. Sizi nahaq yerə heçə saydığını hiss etdirin. Sonra öz səhvlərinizi qəbul etməlisiniz. Məntiqli yanaşmanızı Dolça qəbul edəcək.

Balıq - Çox romantikdir. Qəlbindəki sevgini canlandırın. Ona hisslərinizi bir mesajda yazın. Səmimi olun. Sonra bir yeməyə dəvət edin və hisslərinizi söyləyin. Barışacaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »