Bizimyol.info xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində danışıb.
“Əgər Moskva Ukraynada hökuməti hansısa yolla devirmək, onun marionet rejimini qurmaq niyyətində olsa, 45 milyon ukraynalı bu və ya digər şəkildə bundan imtina edəcək”, - deyə Blinken bildirib.
ABŞ diplomatı deyir ki, müharibə artıq Putinin planlarına uyğun getməyib. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub.
ABŞ dövlət katibi hərbi əməliyyatlar tam dayandırılana qədər ABŞ-ın Rusiyaya təzyiqlərini davam etdirəcəyini bildirib.
"Ukraynanın qalib gələcəyinə əminsinizmi", - sualına o, belə cavab verib: "Zamanla, əlbəttə. Bunun nə qədər davam edəcəyini sizə deyə bilmərəm. Bunun nə qədər vaxt aparacağını da bilmərəm. Rusiya Ukraynaya hücum edib, bu çox şey deyir", - deyə dövlət katibi qeyd edib.
Qadir, Bizimyol.info