Rusiya tərəfi atəşkəs rejimi elan edib və Mariupol və Volnovaxa sakinlərinin oranı tərk etməsi üçün humanitar dəhlizlər açıb.
Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən məlumat verilib.
“Bu gün, martın 5-i, Moskva vaxtı ilə səhər saat 10-dan etibarən Rusiya tərəfi müvəqqəti atəşkəs rejimini elan edir və mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır”, - departamentdən bildirilib.
Rusiya Müdafiə Nazirliyi humanitar dəhlizlərin və çıxış yollarının Ukrayna tərəfi ilə razılaşdırıldığına aydınlıq gətirib.
Qadir, Bizimyol.info