Bakıda və Abşeron yarımadasında bu gün cənub-qərb küləyinin 15-20 m/s, gündüz saatlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Bizimyol.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Qeyd olunub ki, güclü külək axşam mülayimləşəcək.