Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada panika yaşanır: Putin ölkəni Şimali Koreyaya çevirir
Rusiyada panika yaşanır: Putin ölkəni Şimali Koreyaya çevirir

Rusiyada böyük panika var. Ölkədə hərbi vəziyyətin tətbiq olunacağı gözlənilir. Ekspertlər hesab edir ki, bunun ardınca səfərbərlik elan olunacaq və sərhədlər tam bağlanacaq.Ölkənin necə deyərlər, Şimalo Koreyaya çevrilməsi təhlükəsi var. Rusiya vətəndaşları bunu nəzərə alaraq ölkədən Avropaya gedən yeganə qatarın sərnişini olmağa çalışır.

Bizimyol.info xəbər verir ki, indi Sankt-Peterburqdan Finlandiyanın paytaxtı Helsinkiyə gedən “Alleqro”ya bilet tapmaq müşkül məsələ sayılır. Avropa İttifaqı ərazisinə ayaq basmaq üçün başqa vasitə qalmadığından, tələbat xeyli artıb. “VR Railways” Finlandiya dövlət dəmiryolları şirkətinin baş vitse-prezidenti Topi Simola deyir ki, son bir həftə ərzində çox şey dəyişib: “İndi səyahətçilərin motivi başqadır. Baqajlardan görünür ki, onlar başqa yerə köçürlər. Özü də həmişəlik”.

Rusiya təyyarələri üçün Avropanın hava məkanı bağlı olduğundan başqa istiqamətlər populyarlaşıb. Ruslar daha çox İrəvana və Dubaya üz tuturlar. Amma “Alleqro” ilə səfər ən əlverişlisi sayılır. Çünki təyyarə biletlərinin qiymətləri 3-4 dəfə artıb.

Media üzrə mütəxəssis Yelena avropalı jurnalistlərə deyir ki, indi Rusiya vətəndaşları ölkənin gələcəyinə inanmır. Onlar əmindir ki, iqtisadi vəziyyət getdikcə ağırlaşacaq. Mənəvi səbəblərə görə də Rusiyada qala bilməyənlər var.

Rusiya ordusu fevralın 24-dən Ukraynada hərbi əməliyyatlara başlayıb. Qonşu ölkənin bir neçə şəhəri işğal olunub. Ukrayna Prezidenti Vladimir Zelenskinin dediyinə görə, hücum zamanı təkcə 26 uşaq öldürülüb. Xarkov şəhəri, demək olar, dağıdılıb. Ukraynanı 1 milyondan çox vətəndaş tərk edib. Köçkünlərin sayı bundan dəfələrlə çoxdur. Rusiya ordusu günlərdir Kiyevi ələ keçirməyə çalışır. Kremlin Ukraynada ciddi müqavimətlə qarşılaşdığını demək olar.

Belarusda da panika hökm sürür. Rusiyanın müttəfiqi olan ölkədə təyyarə bileti qıtlığı yaşanır. Belaruslular 500-600 dollara bilet almağa hazırdır ki, vətəni mümkün qədər tez tərk etsinlər. Bakıya gəlmək 587 dollardan ucuz başa gəlmir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »