Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya qoşunları Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır - ABŞ-ın BMT-dəki səfiri
Rusiya qoşunları Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır - ABŞ-ın BMT-dəki səfiri

“Rusiya qoşunları Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır”.

Bizimyol.info xəbər verir ki, bunu sözləri ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild deyib .

“Prezident Putin bu müharibəyə son qoymaqla və Ukrayna xalqına qarşı bu həyasız hücumlara son qoymaqla humanitar fəlakəti dayandırmalıdır.

Beynəlxalq ictimaiyyət Rusiya qüvvələrinin təhlükəli hücumunu dayandırmasını tələb etməkdə yekdil olmalıdır. Və dediyim kimi, Ukrayna xalqı bizə arxalanır və biz onları ruhdan salmamalıyıq" - deyə səfir əlavə edib.

Qed edək ki, səfir çıxışı zamanı ikinci ən böyük nüvə obyektinin adını qeyd etməyib. Lakin xarici mediaların məlumatına görə, enerji istehsalı baxımından Ukraynanın ikinci ən böyük nüvə obyekti Ukraynanın cənubundakı Nikolayev vilayətindəki “Cənubi Ukrayna Atom Elektrik Stansiyası”dır.

Xatırladaq ki, ötən cümə günü Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının Ukraynanın cənubundakı atom elektrik stansiyasına hücumundan sonra Rusiyanı “nüvə terroru” nda ittiham etmişdi.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »