Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskidən NATO-ya: “Bu gündən sonra ölənlər həm də sizin ucbatınızdan ölmüş olacaqlar”
Zelenskidən NATO-ya: “Bu gündən sonra ölənlər həm də sizin ucbatınızdan ölmüş olacaqlar”

Prezident Vladimir Zelenski NATO-nun Ukrayna səmasını qapatmaqdan imtina etməsini şərh rdib və Qərbə başladıqları ümidlərin puç olduğunu önə çəkib.

"Bu gün NATO sammiti baş tutdu. Zəif bir sammit, çaşqın sammit. Bu sammit göstərir ki, heç də hamı Avropa uğrunda azadlıq mübarizəsini bir nömrəli məqsəd hesab etmir. NATO-nun bütün kəşfiyyat orqanları düşmənin planlarından yaxşı xəbərdardır. Onlar həmçinin təsdiqləyiblər ki, Rusiya bacardığı qədər hücumu davam etdirmək istəyir. 9 gündür ki, biz ağır müharibə görürük, şəhərlərimizi viran qoyurlar, insanlarımızı, uşaqlarımızı, yaşayış məntəqələrini, kilsələri, məktəbləri atəşə tutur, normal həyatı, insan həyatını təmin edən hər şeyi məhv edirlər və bunu davam etdirmək istəyirlər. Yeni zərbələrin və itkilərin qaçılmaz olduğunu bilən NATO Ukrayna səmasını bağlamamaq barədə şüurlu bir qərar qəbul etdi. Biz inanırıq ki, NATO ölkələri özləri belə bir uydurma düzəldiblər ki, guya Ukrayna səmasının bağlanması Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaq. Bu, zəif, daxilən özünə inanmayan insanların özünü hipnoz etməsidir. Baxmayaraq ki, siz silahlar baxımından bizdən güclüsünüz. Siz insanlar və bəşəriyyət haqqında düşünməliydiniz. O iclasda siz nə düşünürdünüz? Bu gündən sonra ölən insanlar həm də sizin ucbatınızdan, sizin zəifliyiniz, sizin dağınıqlığınız ucbatından ölmüş olacaqlar.

Onun sözlərinə görə, NATO-nun bacardığı yeganə şey Ukrayna üçün 50 ton dizel yanacağını öz satınalma sistemi vasitəsilə ötürməkdən ibarət oldu: "Görünür ki, Budapeşt Memorandumunu yandıra bilək. Daha yaxşı, yansın. Amma bizim üçün o, artıq Rus qoşunlarının atəşi altında yanıb. Bu, bizim istədiyimiz NATO idimi? Sizin qurduğunuz Alyans budurmu? Bu gün Alyans uçuşa qadağan zonası yaratmaqdan imtina etməklə Ukraynanın şəhər və kəndlərinin növbəti dəfə bombardman edilməsinə yaşıl işıq yandırdı. Siz səmanı bağlaya bilərdiniz. Amma... Bilmirəm, kimi qoruya bilərsiniz və ümumiyyətlə, öz NATO ölkələrinizi qoruya bilərsinizmi? Siz ümumi Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən litrlərlə qanımızın əvəzini litrlərlə yanacaqla ödəyə bilməzsiniz”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »