Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynaya birbaşa müdaxilə olacaqmı? - NATO-dan açıqlama
Ukraynaya birbaşa müdaxilə olacaqmı? - NATO-dan açıqlama

Rusiyanın Ukraynaya müdaxiləsinin doqquzuncu günündə NATO Ukraynanın fövqəladə vəziyyəti ilə bağlı iclas keçirib.

Bizimyol.info xəbər verir ki, NATO ölkələrinin xarici işlər nazirləri NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşüblər. Rusiyanın Ukraynaya hücumundan sonra NATO-nun Şərqi Avropa və Mərkəzi Avropada uzunmüddətli cari planlarının müzakirə ediləcəyi gözlənilən toplantıda Türkiyəni Xarici İşlər naziri Mövlud Çavuşoğlu təmsil edib.

NATO-nun baş katibi Yens Stoltenberq sammitdən sonra verdiyi açıqlamada “bu, Putinin müharibəsidir. Putinə səslənirik. Bütün qoşunlarınızı Ukraynadan çıxarın və real diplomatiya yolunu seçin. NATO Ukraynanı dəstəkləyir və müdafiə sahəsində də yardım edir" , -deyə bildirib.

“Biz bu böhrana dərhal cavab verməyə çalışırıq. Qurudan, havadan, dənizdən, çəkindirici vasitələrdən istifadə edirik. NATO müdafiə ittifaqıdır və bizim məqsədimiz buradakı ölkələrin təhlükəsizliyini təmin etməkdir. Bu ittifaqın bir hissəsi olaraq biz bu müharibənin Ukraynadan kənara çıxmasının qarşısını almalıyıq, çünki bu baş verərsə, nəticələr çox daha dağıdıcı olacaq, ölümlər daha çox olacaq”,-deyə Yens Stoltenberq əlavə edib.

Stoltenberq Rusiyanın hücumları artıracağını iddia etsə də, vurğulayıb ki, müttəfiq ölkələr NATO-nun təyyarə və gəmilərinin Ukraynada olmasını istəmir.

“Hamımızın bu böhrandan öyrənə biləcəyimiz dərs odur ki, heç bir qitə və ya heç bir ölkə bu vəziyyətdən tək çıxa bilməz. Putin uğursuz olsa da, NATO möhkəmlənir.

Rusiyaya gəlincə, biz İsveç və Finlandiya ilə əməkdaşlığımızı gücləndirəcəyik. Bu ölkələr NATO-nun iclaslarında iştirak etməyə davam edəcəklər”. sözləri ilə çıxışana davam edib.

NATO-nun qurudan və havadan qoşun yeritməsinin daha dağıdıcı nəticələri ola biləcəyini ifadə edən Stoltenberq, Ukraynada NATO təyyarələri və gəmiləri olmayacağını, lakin onların Ukrayna qüvvələrinə daha çox kömək edəcəklərini söyləyib.

“Çünki biz inanırıq ki, NATO birbaşa müdaxilə edərsə, daha böyük dağıdıcı nəticələr, daha çox ölüm ola bilər. Ona görə də biz sanksiyaları sərtləşdiririk. NATO müttəfiqləri bu müharibənin Ukraynadan kənara çıxmasının qarşısını almaq üçün məsuliyyət daşıyırlar”.

Qeyd edək ki, NATO-nun növbəti toplantısının martın 16-da keçiriləcəyi açıqlanıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »