Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ bombardmançı təyyarələrlə təlimlərə başladı
ABŞ bombardmançı təyyarələrlə təlimlərə başladı

Rusiyanın Ukraynaya hücumlarından sonra ABŞ Almaniya və Rumıniya orduları ilə NATO-nun şərqində B-52 Stratofortress bombardmançıları ilə təlimlər keçirib.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrindən verilən açıqlamada bildirilir ki, “ABŞ Hərbi Hava Qüvvələrinin ən böyük strateji bombardmançılarından biri olan B-52 Stratofortress təyyarəsi, yaxın hava dəstəyi və inteqrasiyası təmin edən İngiltərə Kral Hərbi Hava Qüvvələrinin RAF Fairford stansiyasından havaya qalxdıb”.

Məlumatda qeyd olunur ki, B-52 bombardmançı təyyarələr daha sonra Rumıniyaya uçub və orada bombardmançı işçi qrupunun bir hissəsi daha yaxından hava dəstəyi təlimi alıblar.

“ABŞ bombardmançı təyyarələri birbaşa NATO ölkələrinin sərhədində, Rusiya hava qüvvələrinin üstünlük yaratmağa çalışdığı Ukraynanın hava məkanına bitişik yerə yerləşdirib”, -deyə qeyd olunur

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »