Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nüfuzlu xarici media Rusiyada fəaliyyətini dayandırır
Nüfuzlu xarici media Rusiyada fəaliyyətini dayandırır

Bir sıra nüfuzlu xarici KİV Rusiyada fəaliyyətini dayandırır.

Bizimyol.info xəbər verir ki, xüsusilə Bloomberg, CNN, BBC, ABC, CBS və NBC kimi nəşrlər Rusiya media məkanını tərk edir.

Bu, Rusiyada Ukrayna hadisələrini müharibə adlandırmağı qadağan edən qanunun qəbulu fonunda baş verir.

Bir gün əvvəl Dövlət Duması "Rusiya Federasiyasının Rusiya silahlı qüvvələrinin hərəkətləri haqqında yalan məlumatların yayılmasına görə" cinayət məsuliyyətinin tətbiqi ilə bağlı düzəlişi təsdiqləyib.

Bu qanunla nəzərdə tutulmuş cəza 1,5 milyon rubla qədər cərimə və ya 3 ilə qədər həbsdir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »