Finlandiya hökuməti əhalinin bu məsələyə münasibəti dəyişdiyi üçün ölkənin NATO-ya daxil olması ilə bağlı müzakirələrə başlamağa hazırdır.
Bizimyol.info xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində prezident Sauli Niiniste deyib.
“Həm Finlandiyada, həm də İsveçdə vəziyyət dəyişib. İlk dəfədir ki, sorğulara əsasən, insanların əksəriyyəti NATO-ya daxil olmağın tərəfdarıdır, ona görə də biz bunu parlamentlə müzakirə etməyə hazırıq”.
Qadir, Bizimyol.info