Dünən Pakistanın Pişəvər şəhərində şiə məscidində partlayış baş verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Pakistanın Hərbi Hava Qüvvələri məlumat yayıb.
Hadisə cümə namazı vaxtı baş verib. Həkimlərin sözlərinə görə, 56 nəfər ölüb, 190-dan çox insan yaralanıb. Zərərçəkənlərdən bəzilərinin vəziyyəti ağırdır.
Qruplardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
Qadir, Bizimyol.info