Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: ABŞ Rusiya ilə diplomatik münasibətlər qurmağa hazırdır
Blinken: ABŞ Rusiya ilə diplomatik münasibətlər qurmağa hazırdır

Moskva ciddi əməkdaşlığa hazır olduğunu nümayiş etdirərsə, ABŞ hakimiyyəti Rusiya ilə siyasi münasibətləri bərpa edəcək.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Entoni Blinken BBC Yayım Korporasiyasına müsahibəsində deyib və onun stenoqramını Dövlət Departamentinin mətbuat xidməti yayıb.

“Biz həmişə diplomatiya və dialoq üçün imkanlar axtaracağıq”, - deyə Blinken Ukrayna ətrafında vəziyyətin diplomatik yolla nizamlanması perspektivləri ilə bağlı sualı cavablandırıb.

"Bu, tamamilə Prezident Vladimir Putin və Rusiyadan asılıdır. Əgər onlar ciddi diplomatiyaya hazır olduqlarına dair hər hansı əlamət göstərsələr, əlbəttə ki, biz də qarşılıq verəcəyik", - deyə Blinken davam edib.

“Biz həm də ukraynalı tərəfdaşlarımıza güvənirik. Onlar Rusiya Federasiyası ilə danışırlar, lakin bu, hələ heç bir nəticə vermir”, - dövlət katibi bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »