Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Rusiya Ukraynanı bölmək niyyətində deyil
Peskov: Rusiya Ukraynanı bölmək niyyətində deyil

Ukrayna ərazisində hərbi əməliyyat keçirən Rusiya Ukraynanı hissələrə bölmək niyyətində deyil, yalnız öz təhlükəsizliyinə təminat verməyə çalışır.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü axşam saatlarında "Sky News Arabia" telekanalına müsahibəsində bildirib.

“2014-cü il dövlət çevrilişindən sonra Ukrayna nasist ideologiyasının təsiri altına düşdü. Biz onu bu ideologiyadan azad etmək istəyirik. Bundan əlavə, Ukraynada NATO infrastrukturunun mövcudluğu artıb ki, bu da Rusiyanın təhlükəsizliyini birbaşa təhdid edir. Biz Ukrayna ərazisinin hissələrə bölünməsini qarşımıza məqsəd qoymuruq, lakin öz təhlükəsizliyimiz üçün təminatları təşkil etməyə çalışırıq”, - sözçü bildirib.

O, həmçinin əlavə edib ki, Moskva “Avropada təhlükəsizlik sferasında balansın dəyişdirilməsini” və NATO üzvü olan ölkələr tərəfindən Ukraynaya silahların artıq çatdırılmamasını təmin etməyə çalışır.

Eyni zamanda, Peskov xatırladıb ki, Rusiya Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) müstəqilliyini tanıyan və onlarla diplomatik əlaqələr quraraq, onların qarşısında, o cümlədən təhlükəsizlik sahəsində öhdəliklərə malikdir. Onun sözlərinə görə, bununla bağlı Rusiya “Kiyevi tərksilah etmək üçün” tədbirlər görür. Çünki Ukrayna öz hərəkətləri ilə DXR və LXR-in təhlükəsizliyini təhdid edir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »