Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya qoşunlarının böyük karvanı Kiyev yaxınlığında dayanıb
Rusiya qoşunlarının böyük karvanı Kiyev yaxınlığında dayanıb

Ukraynanın paytaxt Kiyev yaxınlığında Rusiya qoşunlarının böyük karvanı dayanıb.

“Report” xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Məlumata görə, Rusiya hərbçilərinin böyük karvanı Kiyevdən 25 kilometr məsafədə yerləşir.

Qeyd olunur ki, hazırda hərbi karvan Kiyevə doğru hərəkət etmir. Ukraynanın hücumları və körpülərdən birinin partladılması karvanın hərəkətini ləngidib.

Həmçinin Rusiya qoşunları ölkənin şimalında - Çerniqov və Xarkov yaxınlığında yerləşir, lakin cənubda irəliləməyə davam edir. Eyni zamanda, Mariupol Ukraynanın nəzarətində qalır, Odessaya gözlənilən hücum əlamətləri hələ müşahidə edilmir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »