Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: “Ukrayna məğlub olsa, Avropa da süqut edəcək”
Zelenski: “Ukrayna məğlub olsa, Avropa da süqut edəcək”

“Ukrayna süqut etsə, Avropa süqut edəcək”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisi də daxil olmaqla Avropanın 7 şəhərinə müraciətində deyib.

Dövlət başçısının müraciəti Gürcüstan parlamentinin binası qarşısında quraşdırılmış monitorlarda telekörpü vasitəsilə yayımlanıb. Müraciəti qanunverici orqanın binası qarşısında keçirilən Ukraynaya kütləvi dəstək aksiyasının iştirakçıları alqışlarla qarşılayıblar.

V.Zelenski üç dəqiqəlik çıxışının ilk dəqiqəsini Ukraynanın müdafiəsi uğrunda həlak olanların, ikinci dəqiqəsini isə ölən mülki şəxslərin xatirəsinin sükutla yad edilməsinə həsr edib.

Prezident Avropanı səssiz qalmamağa, Ukraynaya dəstəyə çağırıb: “Gözlərinizi yummayın, gəlin və mübarizəmizə bacardığınız qədər dəstək olun. Əminəm ki, Ukrayna qələbə qazanacaq. Bu qələbə bütün demokratik dünyanın, bizim azadlığımızın, işığın zülmət üzərində zəfəri olacaq. Vilnüs, Frankfurt, Tbilisi, Bratislava, Praqa, Leon, Paris, bu gün siz hamınız ukraynalısınız!”.

Qeyd edək ki, telekörpünün Gürcüstandakı tərəfdaşı kimi müxalif “Formula” telekanalı çıxış edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »